Rus dahiləri

      • Lev Tolstoyun (1828-1910) belə bir maraqlı fikri vardır: «Əgər oxucuya elə gəlirsə ki, oxuduğu kitabı o da yaza bilər, deməli bu kitab yaxşıdır».
      • D.İ.Mendeleyev uşaqlıqda həmişə xəstə olub, vaxtaşırı ağzından qan gəlirdi. Həkimlər belə hesab edirdilər ki, o tezliklə öləcək. Lakin Mendeleyev 73 il yaşadı.
      • İ.İ.Meçnikov, İ.M.Seçenov, D.İ.Mendeleyev, K.E.Sialkovski və b. çar hakimiyyətinin təzyiqlərinə məruz qalaraq, universiteti və akademiyanı tərk etmişlər.
      • Bir dəfə Meçnikov mikroskop altında infuzorlara baxarkən qəribə bir hadisə olub. İnfuzorların regenerasiyasını görmüş, bunu öyrənmiş və məqalə yazıb redaksiyaya göndərmişdi. Redaksiyada məqalənin qəbul edilməsini eşitdikdə Meçnikov qorxmuş və məqaləni geri istəmişdir. Lakin artıq gec idi, məqalə dərc olunmuşdur. Onda İ.İ.Meçnikovun 16 yaşı vardı. İ.İ.Meçnikov (1845-1916) uşaqlıqda botanika ilə çox maraqlanmışdı, hətta herbarilər də düzəltmişdi. Uşaqlıqda onu «balaca alim» adlandırmışdılar. Gimnaziyada Meçnikovun istirahəti musiqi çalmaq idi.

Ardı →

Lev Davıdoviç Landau

«Bütün fiziki nəzəriyyələrin ali məhkəməsi təcrübədir»
L.D.Landau
L.D.Landau görkəmli Sovet nəzəriyyəçi-fizikidir. Lev Davıdoviç 1908-ci ildə Bakıda anadan olub. Onun atası mühəndis, anası həkim idi. 13 ya­şında olarkən orta məktəbi qurtaran Landau ali məktəbə daxil olmamışdan ali riyaziyyatı bilirmiş. Yaşı az oldu­ğundan Landau Universitetə qəbul olmaq üçün işini verə bilmir və ailəsinin məsləhəti ilə bir il Bakıda İqtisad Texnikumunda oxuyur. 14 yaşı olanda bu istedadlı gənc Azərbaycan Dövlət Universitetinə daxil olaraq eyni zamanda iki fakültədə təhsil alır: fizika-riyaziyyat və kimya.
Davamı →

Nyutonun həyatı

Klassik fizikanın əsasını qoymuş İsaak Nyuton bir gün Kral cəmiyyətindən məktub alır. Bu məktubda İsaak Nyuton bir məsələni həll etmək tapşırığını alır. Bir neçə ay ərzində Böyük Britaniya alimlərinin «baş sındırdıqları» məsələ əyrinin nöqtələrindən ona toxunan çəkmək idi. Məsələni səhər tezdən almış Nyuton çarpayının kənarında oturaraq fikrə dalır. Nahar vaxtına qədər hərəkətsiz və həyatdan tam təcrid olunmuş halda qalan İsaak Nyuton məsələnin nəinki tam həllini tapır, o həmçinin diferensial hesabın metodlarını işləyib hazırlayır.
İ.Nyutonun həyatında baş verən ən böyük hadisələrdən biri 25 aprel 1685-ci ildə «Natural fəlsəfənin başlanğıcı» əsərini Kral cəmiyyətinə təqdim etməsidir. Kitabda Kopernikin təliminin sübutları, Keplerin fərziyyələri, fəza cisimlərinin günəş ətrafında fırlanması və s. bir çox kəşflər öz əksini tapmışdır.
Davamı →